İngiltərənin “Lids” klubunun futbolçusu Rafinya karyerasını Almaniyada davam etdirə bilər. Corner.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubu 25 yaşlı hücumunu heyətinə qatıb. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Məlumatda, Münhen təmsilçisinin Rafinya ilə danışıqlar apardığı və tərəflər arasında razılıq əldə etdiyi vurğulanıb.
“Bavariya” braziliyalı futbolçu üçün “Lids”ə 50 milyon avro ödəyəcək. Rafinyanın yetişdirməsində rol oynayan Braziliyanın Avai klubu da bu transferdən 1,5 milyon avro qazanacaq
Rafinya bu mövsüm İngiltərə Premyer Liqasında 16 oyunda 8 qolla yadda qalıb.