- Transfer
- 20:48 16.03.2025
"Mançester Yunayted”in futbolçusu Edinson Kavaninin meneceri Andre Kyuri müştərisinin klubdan ayrılmaq istədiyini açıqlayıb.
Corner.az xəbər verir ki, bu barədə o, Braziliya mətbuatına açıqlamasında deyib. Kyuri, 34 yaşlı futbolçunun “Mançester Yunayted”də xoşbəxt olmadığı və bu səbəbdən ayrılmaq istədiyini bildirib:
“Kavani “Mançester Yunayted”də xoşbəxt deyil. Onu transfer etmək istəyən Braziliya klubları var. Lakin Kavani “Barselona”dan təklif alsa, Braziliya variantından daşınacaq.
“Barselona”da vəziyyətin necə olduğunu bilmirik. Kavani böyük futbolçudur “Barselona”da oynamaq üçün hər şeyə sahibdir”.
Qeyd edək ki, uruqvaylı futbolçu qış fasiləsində “Barselona”ya keçəcəyi gözlənilir.