4 iyul 2026. Şənbə

Qarabağ'ın rəqibinin hücumçusu Yuventus'un hədəfində


  • Transfer
  • 14:49 26.12.2021
  • Oxunma sayı: 140
Qarabağ'ın rəqibinin hücumçusu Yuventus'un hədəfində

"Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel”in (Fransa) futbolçusu Arkadiuş Milik klubdan ayrıla bilər.

Corner.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubu polşalı hücumçunu transfer etmək istəyir. Bu barədə “TuttoJuve” portalı məlumat yayıb.

Məlumatda, “Yuventus”un 27 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırdığı bildirilib. Turin təmsilçisi yaxın günlərdə Milik  “Marsel”lə danışıqlara başlayacağı vurğulanıb.

Milik bu mövsüm “Marsel”lə 15 oyunda 5 qolla yadda qalıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə üz-üzə gələcək.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır