- Transfer
- 20:48 16.03.2025
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade karyerasını Legiya'da davam etdirə bilər.
Corner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı xəbər yayıb. Məlumatda, Varşava təmsilçisinin 28 yaşlı futbolçunu qış transfer pəncərəsi dövründə transfer istəyir.
Məlumata görə, “Qarabağ” yaxşı təklif aldığı təqdirdə kabo-verdeli futbolçunm “Legiya”ya keçidinə razılıq verə bilər.
Andrade 2020-ci ilin yayından “Qarabağ”ın formasını geyinir. O, bu mövsüm 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də forma geyinir.