17 mart 2025. Bazar ertəsi

Neftçi'nin legioneri bir neçə ölkədən təklif alıb


  • Transfer
  • 18:13 26.12.2021
  • Oxunma sayı: 129
Neftçi'nin legioneri bir neçə ölkədən təklif alıb

Buqrinə təkliflər var, amma ortada rəsmiləşən və ya yekunlaşan bir şey yoxdur".

Corner.az xəbər verir ki, bu barədə "Neftçi"nin idman direktoru Zaur Əzizov belçikalı futbolçu Sabir Buqrinin komandadan gedəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

Klub rəsmisi bildirib ki, hələlik belçikalı yarımmüdafiəçi ilə sadəcə, maraqlanırlar: "Yəni, hazırda "Buqrin gedir" deyə biləcəyimiz bir vəziyyət yoxdur. Müxtəlif ölkələrdən olan bir neçə klub onun xidmətində maraqlıdır. Onların arasında Azərbaycan təmsilçiləri yoxdur".

"Neftçi"dən ayrılması gündəmdə olan digər legioner Harramiz Soaresdir. İdman direktoru San-Tome və Prinsipidən olan 31 yaşlı hücumçunun vəziyyətini oyunçunun özü ilə dəyərləndirəcəklərini söyləyib.

Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilovun "ağ-qaralar"a mümkün keçidinə də toxunan Əzizov danışıqların davam etdiyini vurğulayıb.(report)







Transfer

İsak “Barselona”lı olacaq
  • Transfer
  • 18:26 16.03.2025
İsak “Barselona”lı olacaq
"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı