- Transfer
- 16:38 18.03.2025
"Barselona”nın futbolçusu Serjinyo Dest karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az xəbər verir ki, “Arsenal” klubu 21 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Məlumatda, “Barselona”nın Desti azı 45 milyon avroya satmaq istədiyi və “Arsenal”ın bu məbləği aşağı salmaq üçün danışıqlar apardığı vurğulanıb.
Amerikalı futbolçu ilə sabiq komandası "Ayaks”la yanaşı "Bavariya" və “Çelsi” klubu da maraqlanır.
Qeyd edək ki, Dest bu mövsüm La Liqada 12 oyuna çıxıb.