18 mart 2025. Çərşənbə axşamı

De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizəd oldu


  • Transfer
  • 11:44 27.12.2021
  • Oxunma sayı: 350
De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizəd oldu

Hazırda Azərbaycan millisini çalışdıran Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizədlərdən biri olub.

Corner.az xəbər verir ki, "Live Sport" nəşri 65 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq komandadan getməyə hazır olduğunu yazıb.

İtaliyalı mütəxəssis bu səbəbdən, Yunanıstan Futbol Federasiyasına (EPO) təklif olunub. Federasiya rəsmiləri De Byazinin millidə uğur qazana biləcəyinə inanırlar.

De Byazidən başqa Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin EPO üçün ən ideal variant məhz odur.

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.







Transfer