18 mart 2025. Çərşənbə axşamı

XXI əsrdə transferlərə ən çox pul xərcləyən klublar bilindi


  • Transfer
  • 16:35 28.12.2021
  • Oxunma sayı: 190
XXI əsrdə transferlərə ən çox pul xərcləyən klublar bilindi

XXI əsrdə transferlərə ən çox pul xərcləyən futbol klublarının siyahısı açıqlanıb.

Corner.az "Transfermarkt"a istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubu bu göstərici üzrə bütün rəqiblərini geridə qoyub.

London təmsilçisi 2000/2001 mövsümündən bu yana yeni oyunçuların alınması üçün 2,4 milyard avro ödəyib. İkinci pillədə İngiltərənin digər təmsilçisi "Mançester Siti" qərarlaşıb. "Şəhərlilər"in transferlərə çəkdiyi xərc 2,3 milyard avrodur.

3-4-cü sıraları İspaniya nəhəngləri "Real Madrid" və "Barselona" klubları bölüşdürür. La Liqa təmsilçilərinin hər biri yeni futbolçulara ayrılıqda 2,2 milyard avro xərcləyib.

İtaliya "Yuventus"u (2,1 milyard avro) 5-ci, İngiltərə "Mançester Yunayted"i (2 milyard avro) 6-cı, İtaliya "İnter"i (1,7 milyard avro) 7-ci, Fransa PSJ-si (1,7 milyard avro) 8-ci, İngiltərə "Liverpul"u (1,6 milyard avro) 9-cu, İtaliya "Milan"ı isə (1,5 milyard avro) 10-cudur.

Qeyd edək ki, "Çelsi" 2000/2001 mövsümündən bəri 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasını və Avropa Liqasını qazanıb. Komanda bu il eyni zamanda UEFA Super Kubokuna sahib çıxıb.







Transfer