7 aprel 2026. Çərşənbə axşamı

Bavariya'nın sabiq futbolçusu 40 yaşında klubunu dəyişdi


  • Transfer
  • 23:50 28.12.2021
  • Oxunma sayı: 296
Bavariya'nın sabiq futbolçusu 40 yaşında klubunu dəyişdi

Paraqvay millisi və "Bavariya"nın sabiq futbolçusu Roke Santa Krusun yeni iş yeri bəlli olub.

Corner.az xəbər verir ki, 40 yaşlı hücumçu ölkəsinin "Olimpiya" klubundan ayrılaraq digər yerli klubu "Libertad"aya keçib.

Təcrübəli forvardla imzalanmış müqavilənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, Roke Santa Kruz karyerası ərzində Almaniyanın "Bavariya", İngiltərənin "Mançester Siti", İspaniyanın "Betis" və "Malaqa" klublarında da çıxış edib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi