7 aprel 2026. Çərşənbə axşamı

Neftçi onunla yollarını ayırdı


  • Transfer
  • 20:04 29.12.2021
  • Oxunma sayı: 209
Neftçi onunla yollarını ayırdı

"Neftçi" futbolçusu Romen Baskla yollarını ayırıb.

Corner.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Fransalı futbolçu, karyerasını ölkəsində davam etdirəcək. O, Liqa 3-də çıxış edən "Şatoru" klubu ilə anlaşıb. Bu gündən yeni komandasında məşqlərə qoşulan futbolçu ilə yanvarın 1-də - Fransada qış transfer pəncərəsi açıldıqdan sonra müqavilə imzalanacaq. Sözləşmənin detalları bəlli deyil.

"Neftçi" klubundan da "Report"a məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində Fransanın "Havr" klubundan keçib. O, "ağ-qaralar"la 2 illik müqavilə imzalayıb. Futbolçu Bakı klubunun heyətində 12 oyun keçirib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi