17 mart 2025. Bazar ertəsi

Qəbələ də ilk transferini açıqladı


  • Transfer
  • 15:30 30.12.2021
  • Oxunma sayı: 716
Qəbələ də ilk transferini açıqladı

"Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Komandanın baş məşqçisi Elmar Baxşıyevin verdiyi məlumata görə, əyalət təmsilçisi Avstriyanın "Admira Vakker" klubunun hücumçusu Patrik Robson de Souza Monteyro ilə anlaşıb.

41 yaşlı mütəxəssis bildirib ki, braziliyalı forvardı icarə əsasında heyətə qatacaqlar: "Hazırda müqavilə müddəti ilə bağlı bəzi detallar dəqiqləşdirilir. 23 yaşlı oyunçu Yeni ildən sonra komandaya qoşulacaq".

Qeyd edək ki, Patrik Robson de Souza Monteyro cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyanın "Horn" komandasında çıxış edib və 30 oyunda 6 dəfə fərqlənib.(report)







Transfer

İsak “Barselona”lı olacaq
  • Transfer
  • 18:26 16.03.2025
İsak “Barselona”lı olacaq
"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı