Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Fabio Blanko karyerasını İspaniyada davam etdirə bilər. Corner.az xəbər verir ki, “Barselona” klubu 17 yaşlı yarımmüdafiəçi və klubu “Ayntraxt”la razılığa gəlib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kataloniya təmsilçisi ispan futbolçu ilə 2,5 illik müqavilə imzalayacaq. “Barselona” klubu gənc futbolçunun transferi ilə bağlı qarşı tərəfə heç bir ödəniş etməyəcəyi vurğulanıb.
Blanko “Barselona”nın B komandasında çıxış edəcək.