4 iyul 2026. Şənbə

Qalatasaray'ın sabiq futbolçusu Başakşəhər'də


  • Transfer
  • 00:10 31.12.2021
  • Oxunma sayı: 3955
Qalatasaray'ın sabiq futbolçusu Başakşəhər'də
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Əmrə Çolakı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusunda olan 30 yaşlı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə bağlanıb. Əmrə, yeni komandasında 52 nömrəli forma ilə çıxış edəcək.
 
Əmrə Çolak son olaraq “Hatayspor”da çıxış edib. O, karyerası ərzində “Qalatasaray”, “Deportivo”, “Əl Vahda” və “Fatih Karagümrük” komandalarında da forma geyinib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır