10 may 2026. Bazar günü

Lill'in türk futbolçusu Rusiya klubuna keçir


  • Transfer
  • 22:09 31.12.2021
  • Oxunma sayı: 3860
Lill'in türk futbolçusu Rusiya klubuna keçir

"Lill” klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə ÇSKA klubu yaxından maraqlanır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yusufun menecerliyini edən şirkətin adı açıqlanmayan bir nümayəndəsi Moskva təmsilçisinin futbolçu ilə maraqlandığını təsdiqləyib.

“Lill” ilə bu mövsüm 22 oyuna çıxan türkiyəli futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer