- Transfer
- 12:17 16.12.2025
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lill”dən Conatan İkonu heyətinə qatıb. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, “Fiorentina”nın 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləni yanvarın 3-də imzalayacağı vurğulanıb. Florensiya təmsilçisi İkon üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək.