16 dekabr 2025. Çərşənbə axşamı

Kannavaro millini çalışdıra bilər


  • Transfer
  • 22:51 01.01.2022
  • Oxunma sayı: 130
Kannavaro millini çalışdıra bilər

İtaliyalı mütəxəssis Fabio Kannavaro Polşa yığmasının baş məşqçi postuna gətirilə bilər.

Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Polşa Futbol Assosiasiyası nümayəndələri yığmanın “sükanı arxasına” Kannavaronu gətirməyi düşünür. Artıq tərəflər arasında danışıqlara başlandığı da vurğulanıb.

Qeyd edək ki, Polşa millisində bir neçə gün əvvəl Paulo Souza baş məşqçi postundan istefa verilmişdi.

Hazırda işsiz olan Kannavaro isə son olaraq Çinin “Quançjou Everqrand” komandasını çalışdırıb.







Transfer