- Transfer
- 16:01 10.05.2026
"Barselona”nın baş məşqçisi Xavi adı klubla hallanan Erlinq Haland və Alvaro Morata ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, İspaniya mətbuatına danışan ispan mütəxəssis, hər iki oyunçu transfer etmək istədiklərini bildirib:
“Haland və Morata? Təbii ki, onları komandamda görmək istəyərəm. Ferran Torres bizə çox kömək olacaq.Dembele? - onunla hazırda müqaviləsini yeniləmək üçün danışıqlar gedir, inanıram ki, müsbət yekunlaşacaq və bizimlə qalacaq. "Barselona" maliyyə problemi yaşasa da, hazırda dünyanın ən yaxşı klubları arasındadı."