- Transfer
- 16:01 10.05.2026
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirmək istədiyini açıqlayıb.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu MLS-də çıxış etmək istədiyini bildirib:
"Orada futbol oynamaq və yaşamaq necədi maraqlıdır. Karyeramın sonrakı mərhələlərində buna nail olmaq istəyirəm, amma bunun olub-olmayacağını bilmirəm"
Daha əvvəl argentinalı forvardın İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus olan "İnter Mayami" ilə 2023-cü ilə qədər müqavilə imzalayacağı iddiası yayılmışdı.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya "Barselona"sından PSJ-yə keçib. Paris təmsilçisi ötən gün hücumçunun koronavirusa yoluxduğunu açıqlayıb.