- Transfer
- 23:43 22.04.2026
İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Argentinanın "River Pleyt" klubunun hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir.
Artıq 22 yaşlı oyunçunun özü və klubu ilə danışıqlara da başlanılıb. Mançester təmsilçisi argentinalı futbolçuya 2026-cı ilədək müqavilə təklif edəcəyi bildirilir.
Qeyd edək ki, cari mövsüm "River Pleyt"də 21 oyuna çıxan Xulian Alvares 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.