24 aprel 2026. Cümə

Volfsburq'dan Qalatasaray'a 15 milyonluq təklif


  • Transfer
  • 20:15 03.01.2022
  • Oxunma sayı: 151
Volfsburq'dan Qalatasaray'a 15 milyonluq təklif

Almaniyanın “Volfsburq” klubu “Qalatasaray”ın hücumçusu Kərəm Aktürkoğlunu transfer etmək istəyir.

Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda, Bundesliqa təmsilçisinin 23 yaşlı hücumçu üçün İstanbul klubuna rəsmi təklif göndərdiyi bildirilib.

“Qalatasaray”ın isə Avropa klublarının hədəfində olan Kərəm üçün azı 15 milyon avro tələb etdiyi vurğulanıb. Gənc futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Aktürkoğlu bu mövsüm “Qalatasaray”la 32 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı