4 oktyabr 2026. Bazar günü

Monako'da yeni baş məşqçi


  • Transfer
  • 11:29 04.01.2022
  • Oxunma sayı: 150
Monako'da yeni baş məşqçi
Fransanın “Monako” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, knyaz təmsilçisinin “sükan”ı Filipp Klemana həvalə olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Belçikalı mütəxəssis son olaraq Belçikanın “Brügge” komandasını çalışdırıb. O, “Monako”da istefaya göndərilən Niko Kovaçı əvəzləyib.






Transfer