İtaliyanın “Venetsiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Bavariya” klubundan Mikael Kyuizansı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Venetsiya” fransalı futbolçu üçün “Bavariya”ya 5 milyon avro ödəyib.