7 aprel 2026. Çərşənbə axşamı

Yunanıstan klubu Mahir Emreli ilə maraqlanır


  • Transfer
  • 18:58 04.01.2022
  • Oxunma sayı: 170
Yunanıstan klubu Mahir Emreli ilə maraqlanır

"Legiya"nın futbolçusu Mahir Emrelini transfer etmək klublar sırasına daha biri əlavə olunub.

Corner.az www.pressaris.gr saytına istinadən xəbər verir ki, Yunanıstan Superliqası təmsilçisi "Aris" 24 yaşlı futbolçu ilə maraqlanır. Yunanıstan təmsilçisinin yarımmüdafiəçi və hücumçu mövqeyinin gücləndirmək istədiyi və Mahirin namizədlər arasında olduğu bildirilib. "Aris"in Emrelini birdəfəlik almaq hüququ ilə 6 aylıq icarəyə götürə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Aris" hazırda Yunanıstan Superliqasında 7-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, M.Emreli  "Legiya" ilə yayda 3+1 illik müqavilə imzalayıb. 







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi