16 dekabr 2025. Çərşənbə axşamı

Lukaku İngiltərədə klubu dəyişə bilər


  • Transfer
  • 00:05 05.01.2022
  • Oxunma sayı: 211
Lukaku İngiltərədə klubu dəyişə bilər

"Çelsi” klubundan ayrılacağı iddia olunan Romelu Lukaku karyerasına İngiltərədə davam edə bilər.

Corner.az xəbər verir ki, “Tottenhem” klubu belçikalı hücumçu ilə yaxından maraqlanır. Bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

Məlumatda, “Tottenhem”lə yanaşı, “Mançester Siti” klubunun da 28 yaşlı futbolçunu transfer etmək istədiyi vurğulanıb. Lakin Lukaku hazırda “Tottenhem”i çalışdıran Antonio Konteyə görə seçimi bu komanda tərəfindən edə bilər.

Lukaku bir müddət əvvəl verdiyi müsahibədə “Çelsi”yə keçdiyi üçün peşman olduğunu bildirmişdi. O, "zadəganlar”la 18 oyunda 7 qol vurub.







Transfer