4 iyul 2026. Şənbə

Türkiyə klubunda iki ayrılıq, bir yeni transfer


  • Transfer
  • 15:07 05.01.2022
  • Oxunma sayı: 197
Türkiyə klubunda iki ayrılıq, bir yeni transfer
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Malatya təmsilçisi İtaliyanın “Krotone” klubundan Qodfred Donsahı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Donsah 2021-ci ilin yayından “Krotone”də çıxış edirdi. Qana yığmasının üzvü daha öncə Türkiyədə “Rizəspor”un da formasını geyinib. O, karyerası ərzində “Verona”, “Kalyari”, “Bolonya” və “Serkl Brügge” kimi klubların da uğurları üçün çalışıb.
 
“Yeni Malatyaspor” öz oyunçularından Hasan Özkan və Valter Bvalya ilə də yollarını ayırdığını açıqlayıb.Sözügedən futboçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır