7 aprel 2026. Çərşənbə axşamı

Neftçi yayda aldığı legionerlərlə vidalaşır


  • Transfer
  • 15:33 05.01.2022
  • Oxunma sayı: 168
Neftçi yayda aldığı legionerlərlə vidalaşır
“Neftçi” mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi əcnəbi futbolçularla vidalaşmaq üzrədir. Corner.az xəbər verir ki, yayda alınan Roman Bask (Fransa) və Harramiz Soaresin (San Tome və Prinsipi) ardınca, daha bir legioner paytaxt komandasından ayrılacaq.
 
Belə ki, “Neftçi”nin Azərbaycan çempionatında qızıl medallar qazanmasında böyük pay sahibi olan Samir Buqrin karyerasını Afrikada davam etdirmək fikrindədir. Mərakeş əsilli futbolçu Tunisin ən güclülərindən sayılan “Esperans”a keçəcək. 
 
O, artıq 31 dəfə Tunis çempionluğunu qazanan klubla anlaşıb. Bu səbəbdən ilyarım öncə “Düdelanj”dan gələn Buqrin bakılıların qış hazırlığına qoşulmayacaq.
 
Əvəzində isə “Neftçi” bu gün yeni transferini ictimaiyyətə açıqlayıb. “Ağ-qaralar” Azərbaycan yığmasının da formasını geyinmiş Eddi İsrafilovla müqavilə bağlayıb. (“Yeni Azərbaycan”)






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi