- Transfer
- 21:02 17.03.2025
İngiltərənin “Arsenal” klubunun futbolçusu Eynsli Meytlend-Naylz karyerasını İtaliyada davam etdirəcək.
Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Roma” klubunda çıxış edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda, “Roma” “Arsenal”la ingilis futbolçunun icarəsi üçün razılığa gəldiyi vurğulanıb. Paytaxt klubu London təmsilçisinə Eynsli üçün 500 min avro icarə haqqı ödəyəcək