17 mart 2025. Bazar ertəsi

Romen Bask Neftçi'dən ayrılmasının səbəbini açıqladı


  • Transfer
  • 00:54 06.01.2022
  • Oxunma sayı: 138
Romen Bask Neftçi'dən ayrılmasının səbəbini açıqladı
 “Neftçi” ilə yollarını ayıran fransalı futbolçu Romen Bask bunun səbəbini açıqlayıb. Corner.az xəbər verir ki, bir neçə gün öncə Azərbaycan çempionu ilə vidalaşaraq ölkəsinin “Şatoru” klubuna keçən 27 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bu ayrılığa ailə vəziyyətinin səbəb olduğunu bildirib:
 
Bask Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını söyləyib: “Həqiqətən legioner həyatı yaşamaq istəyirdim. "Neftçi"də çox gözəl anlar yaşadım, əla atmosferdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi”.
 
Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan transfer olunmuşdu. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransız futbolçu “Şatoru” ilə 3 illik müqavilə imzalayıb






Transfer

İsak “Barselona”lı olacaq
  • Transfer
  • 18:26 16.03.2025
İsak “Barselona”lı olacaq