7 aprel 2026. Çərşənbə axşamı

Murad Musayev Sabah'dan ayrıla bilər


  • Transfer
  • 10:43 06.01.2022
  • Oxunma sayı: 178
Murad Musayev Sabah'dan ayrıla bilər

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Krasnodar" klubunun sükanı arxasına keçə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə rusiyalı jurnalist İvan Karpov özünün teleqram kanalında paylaşım edib.

O, Viktor Qonçarenkonu istefaya göndərən Premyer Liqa təmsilçisinin hədəflərindən birinin 39 yaşlı mütəxəssis olduğunu bildirib. Klub rəhbərliyinin əcnəbi baş məşqçi axtarışları nəticə verməsə, komanda cari mövsümün sonunadək Oleq Kononov və ya Musayevə həvalə olunacaq.

Qeyd edək ku, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O,ötən ilin oktyabrından "Sabah"ı çalışdıran Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi