- Transfer
- 21:28 17.03.2025
"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək.
Corner.az yerli "Sportstonoto" nəşrinə istinadən xəbər verir ki, "Olimpiakos Volos" 22 yaşlı cinah müdafiəçisini transfer edib.
Manafovun bu günlərdə Volos şəhərinə gedərək tibbi müayinədən keçməsi gözlənilir. Azərbaycanlı futbolçu daha sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edib. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 14-cü pillədə qərarlaşıb.