4 iyul 2026. Şənbə

Liqa 1 klubu milli üzvü ilə gücləndi


  • Transfer
  • 11:53 07.01.2022
  • Oxunma sayı: 153
Liqa 1 klubu milli üzvü ilə gücləndi
Əlcəzair yığmasının yarımmüdafiəçisi Nabil Bentalebin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu Fransanın “Anje” klubuna transfer olunub.
 
Bentaleb Liqa 1 təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
 
Bentaleb son olaraq Almaniyanın “Şalke” komandasında çıxış edib. O, Almaniya klubundan ayrılandan – 2021-ci ilin yayından bəri azad agent statusu daşıyırdı. Əlcəzairli yarımmüdafiəçi karyerası ərzində “Tottenhem” və “Nyukasl” klublarında çıxış edib. Əlcəzair yığmasında 35 matça çıxan futbolçu 5 qol vurub.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır