4 avqust 2026. Çərşənbə axşamı

Səbail'dən ayrıldı, Neftçi'yə qayıdır


  • Transfer
  • 18:33 07.01.2022
  • Oxunma sayı: 173
Səbail'dən ayrıldı, Neftçi'yə qayıdır
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, “dənizçilər” müdafiəçi Elton Əlibəyli ilə vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, bu komandada icarə əsasında çıxış edən Elton Əlibəyli müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdır.
 
Elton 2021-ci ilin yayından “Səbail”də çıxış edirdi. O, bu mövsüm “dənizçilər”in heyətində cəmi 4 matça çıxıb.
 
“Səbail” bu gün yarımmüdafiəçisi Elşən Abdullayevlə də yollarını ayırmışdı.






Transfer