18 mart 2025. Çərşənbə axşamı

Dinamo klubu Emreli'ni aşağı məbləğdə transfer etmək istəyir


  • Transfer
  • 22:27 07.01.2022
  • Oxunma sayı: 140
Dinamo klubu Emreli'ni aşağı məbləğdə transfer etmək istəyir

Polşanın "Legiya" klubunun futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirə bilər.

Corner.az "Sportske" nəşrinə istinadən xəbər verir ki, "Dinamo Zaqreb" klubu 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Paytaxt klubu iki məsələyə görə Emrelinin transfer etməyi planlaşdırır. Bunlardan birincisi hücum xəttini gücləndirmək digəri isə Varşava təmsilçisinin "Dinamo"ya 1,2 milyon avro borcu olduğuna görədir. Polşalılar cari mövsümün əvvəlində Zaqreb klubundan 1,4 milyon avroya aldığı albaniyalı forvard Lirim Kastratiya görə qarşı tərəfə hələlik cəmi 200 000 avro ödəyib.

Bundan yararlanmaq istəyən Xorvatiya təmsilçisi 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək istəyir. Tərəflər  arasında razılığa əldə edilərsə, "Dinamo" millimizin üzvü üçün "Legiya"ya cəmi 800 000 avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb







Transfer