18 mart 2025. Çərşənbə axşamı

Eriksen Tottenhem'ə qayıda bilər


  • Transfer
  • 23:16 07.01.2022
  • Oxunma sayı: 125
Eriksen Tottenhem'ə qayıda bilər

Danimarka millisinin futbolçusu Kristian Eriksen sabiq komandası "Tottenhem"də çıxış edə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte "Standard" nəşrinə açıqlama verib.

52 yaşlı mütəxəssis, 29 yaşlı yarımmüdafiəçini yenidən komandasında görmək istədiyini bildirib: "Eriksen, həm əla futbolçu, həm də yaxşı insandır. Yenidən futbol oynaya biləcəyinə çox sevindim. Klubun qapısı hər zaman onun üzünə açıqdır".

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Son klubu İtaliya "İnter"i olan Eriksen karyerasının ən yaxşı vaxtlarını 2013 - 2020-ci illərdə formasını geyindiyi "Tottenhem"də keçirib.







Transfer