- Transfer
- 23:43 22.04.2026
İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Neapol təmsilçisi “Mançester Yunayted”in müdafiəçisi Aksel Tuanzebeni transfer edib.
24 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında “Napoli”nin uğurları üçün çalışacaq. A Seriya klubu ingilis futbolçunun yarım illik icarəsi üçün “Mançester Yunayted”ə 600 min avro ödəyəcək.
Tuanzebe bu mövsümün ilk yarısını “Aston Villa” klubunda icarədə olub. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində 11 matça çıxıb