İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Enzli Meytlend-Naylsı transfer edib.
Bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. Məlumatda, ingilis futbolçunun mövsümün sonuna kimi icarəyə verildiyi vurğulanıb. “Canavarlar” 24 yaşlı futbolçunun yarım illik icarəsi üçün London klubuna 500 min avro ödəyəcək.
Enzli Meytlend-Nayls “Arsenal”ın yetirməsidir. Gənc futbolçu daha öncə “Vest Bromviç” və “İpsviç” klublarında da icarədə oynayıb. O, bu mövsüm “Arsenal”ın heyətində müxtəlif turnirlər çərçivəsində 11 rəsmi matça çıxıb.