7 aprel 2026. Çərşənbə axşamı

Mahir Emrelinin gəlişi ilə Dinamo böyük güc qazanacaq


  • Transfer
  • 11:11 08.01.2022
  • Oxunma sayı: 203
Mahir Emrelinin gəlişi ilə Dinamo böyük güc qazanacaq
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının sabiq futbolçusu İvitsa Vrdolyak adı klubla hallanan Mahir Emreli haqda danışıb. Corner.az “24sata.hr” saytına istinadən xəbər verir ki, 38 yaşlı keçmiş futbolçu, Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçunu İsveçrə millisinin sabiq üzvü Mario Qavranoviçə bənzədib:
 
“Mahirin gəlişi ilə “Dinamo” böyük güc qazanacaq. O, İsveçrə yığmasının sabiq üzvü Qavranoviçə çox bənzəyir və ondan daha sürətlidir. Maraqlıdır ki, Emreli tez-tez qol imkanları tapır. O, avrokuboklarda çox iş gördü. Buna görə də “Legiya” Avropa Liqasında İtaliya “Napoli”si və İngiltərə “Lester”inin də olduğu qrupda bir ara lider idi.
 
“Legiya” azarkeşlərinin klubun avtobusuna hücum etməsindən sonra Mahir klubu tərk etmək istəyir. Bu, “Dinamo” üçün əla fürsətdir. Mənə elə gəlir ki, Mahirlə Bruno Petkoviç əla tandem yarada bilər”.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi