4 oktyabr 2026. Bazar günü

Trabzonspor milli üzvü ilə gücləndi


  • Transfer
  • 14:02 08.01.2022
  • Oxunma sayı: 153
Trabzonspor milli üzvü ilə gücləndi
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Trabzon təmsilçisi Almaniyanın “Union Berlin” klubundan Timoteuş Puxaçı transfer edib.
 
Bu barədə komandanın baş məşqçisi Abdullah Avcı yerli mətbuata açıqlamasında deyib. O, 22 yaşlı cinah müdafiəçisi ilə razılaşdıqlarını və futbolçunun Türkiyəyə gələrək, klubla rəsmi müqavilə imzalayacağını bildirib.
 
Timoteuş Polşa milli komandasında çıxış edir. O, bu mövsüm “Union Berlin”də 7 oyuna çıxıb.
 






Transfer