7 aprel 2026. Çərşənbə axşamı

Çin klubu Slaven Biliç ilə yollarını ayırdı


  • Transfer
  • 19:45 08.01.2022
  • Oxunma sayı: 137
Çin klubu Slaven Biliç ilə yollarını ayırdı
Çinin “Bejing Qoan” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 53 yaşlı mütəxəssis 2021-ci ilin yanvarından Çin təmsilçisinə rəhbərlik edirdi. Onun komandası geridə qalan mövsümün 5-ci pillədə başa vurub.
 
Xorvatiyalı mütəxəssisin adı Türkiyənin “Fənərbaxça” klubları ilə də birgə hallanır.

Biliç daha əvvəl Türkiyədə “Beşiktaş”a rəhbərlik edib. Xorvatiya yığmasını da çalışdırmış mütəxəssis, ölkəsində “Hayduk”a, Rusiyada “Lokomotiv”ə (Moskva), İngiltərdə “Vest Hem” və “Vest Bromviç”ə, Səudiyyə Ərəbistanında “Əl-İttihad”a rəhbərlik edib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi