16 dekabr 2025. Çərşənbə axşamı

Xorvatiya klubu Emreli'ni gözləyir


  • Transfer
  • 13:48 09.01.2022
  • Oxunma sayı: 144
Xorvatiya klubu Emreli'ni gözləyir
Xorvatiyanın “Dinamo” klubunun “Legiya”da çıxış edən millimizin hücumçusu Mahir Emreli ilə bağlı planları müəyyənləşib. Corner.az xəbər verir ki, Zaqreb təmsilçisi 24 yaşlı futbolçu üçün Polşa klubuna yüksək məbləğ ödəmək niyyətində deyil. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
 
Məlumatda, “Dinamo”nun Mahirin “Legiya” ilə müqaviləsini ləğv etməyini gözlədiyi və onu azad agent kimi heyətinə qatmaq istədiyi bildirilir.
 
Mahir Emreli “Legiya”nın Dubaydakı təlim-məşq toplanışına qatılmayıb. O, özünə vəkil tutaraq, klubla müqaviləsinin qaydalar əsasında ləğv edilməsini istəyir.
 
Mahir Emreli “Legiya” ilə bu mövsüm 33 oyunda 11 qol vurub.






Transfer