16 dekabr 2025. Çərşənbə axşamı

La Liqa klubundan 2 yeni transfer


  • Transfer
  • 00:08 10.01.2022
  • Oxunma sayı: 145
La Liqa klubundan 2 yeni transfer
İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Valensiya”dan Xason Remeseyro ilə “Latsio”dan Qonsalo Eskalanteni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xason Remeseyro ilə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulubsa, Qonsalo Eskalante isə bu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
27 yaşlı futbolçu 2019-cu ildən “Valensiya”da çıxış edirdi. İspaniyalı futbolçu bu mövsüm La Liqada cəmi 5 oyuna çıxıb.Remeseyro əvvəllər “Levante”, “Vilyarreal” və “Albasete”də də forma geyinib.
 
Eskalante isə 2020-ci ildən “Latsio”nun uğurları üçün çalışır. Argentinalı yarımmüdafiəçi əvvəllər “Boka Xuniors”, “Kataniya” və “Eybar”da çıxış edib.






Transfer