4 iyul 2026. Şənbə

Premyer Liqadan Bundesliqaya


  • Transfer
  • 00:36 10.01.2022
  • Oxunma sayı: 143
Premyer Liqadan Bundesliqaya
Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Brayton” klubunun hücumçusu Yurgen Lokadiyanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 28 yaşlı forvardı mövsümün sonuna kimi icarəyə götürüldüyü vurğulanıb.
 
Niderlandlı futbolçu 2018-ci ildən “Brayton”da çıxış edir. O, daha əvvəl “Hoffenhaym” və “Çinçinnati” klubunda da icarədə çıxış edib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır