- Transfer
- 01:09 04.07.2026
İspaniyanın "Barselona" klubu futbolçusu Samuel Umtiti ilə yeni müqavilə imzalayıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı müdafiəçinin sözləşmə müddəti 2026-cı ilin yayınadək uzadılıb.
28 yaşlı futbolçu əvvəlki müqavilədə qalan 1,5 il üçün almalı olduğu maaşın bir hissəsindən imtina edib.
Xatırladaq ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.