4 iyul 2026. Şənbə

Qarabağ'ın rəqibi Arsenal'ın futbolçusu ilə güclənir


  • Transfer
  • 15:48 10.01.2022
  • Oxunma sayı: 146
Qarabağ'ın rəqibi Arsenal'ın futbolçusu ilə güclənir
İngiltərənin “Arsenal” klubunun futbolçusu Sead Kolaşinaç karyerasını Fransada davam etdirə bilər. Corner.az xəbər verir ki, Marsel “Olimpik”i 28 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Məlumatda, Marsel təmsilçisinin Kolaşinaçın keçidini bu ay ərzində həll etmək istədiyi vurğulanıb. “Arsenal”ın uyğun təklif qarşılığında bosniyalı müdafiəçini satmağa razı olduğu bildirilir.
 
Marsel “Olimpik”i Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır