Yaponiya milli komandasının sabiq futbolçusu Şindzi Kaqavanın yeni klubu məlum olub. Corner.az xəbər verir ki, Belçikanın “Sent-Trüden” klubu 32 yaşlı yarımmüdafiəçini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kaqava ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.
Karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş”ın uğurları üçün çalışan Kaqava son olaraq Yunanıstanın PAOK klubunda çıxış edib.