4 oktyabr 2026. Bazar günü

Super Liqa klubu hücumçusu ilə yollarını ayırdı


  • Transfer
  • 21:54 10.01.2022
  • Oxunma sayı: 251
Super Liqa klubu hücumçusu ilə yollarını ayırdı
Türkiyənin “Alanyaspor” klubu hücumçusu Xuma Babakar ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Müqaviləsinin müddəti başa çatan 28 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
 
Xatırladaq ki, Babakar 2020/21 mövsümündə “Leççe” klubundan icarəyə götürülmüşdü. O, Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 45 oyunda 18 qolla yadda qalıb.






Transfer