- Transfer
- 23:43 22.04.2026
İngiltərənin "Çelsi" klubu futbolçusu Romelu Lukaku ilə yollarını ayırır.
Corner.az-ın "El Nacional" nəşrinə istinadən məlumatına görə, London təmsilçisinin sahibi Roman Abramoviç belçikalı hücumçunun satılmasına razılıq verib.
Rusiyalı iş adamı 28 yaşlı futbolçunun bir neçə gün öncə verdiyi qalmaqallı müsahibədən sonra komandadan göndərilməsinin tərəfdarıdır. Lukaku müsahibədə sabiq klubu olan "İnter"ə yenidən qayıtmaq arzusundan danışıb.
Onunla Fransanın PSJ klubu da yaxından maraqlanır.
Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə 2021-ci ilin yayında məhz "İnter"dən 115 milyon avro təzminat qarşılığında transfer olunub