16 dekabr 2025. Çərşənbə axşamı

Arteta onu Arsenal'da görməkdə israrlıdı


  • Transfer
  • 21:41 11.01.2022
  • Oxunma sayı: 139
Arteta onu Arsenal'da görməkdə israrlıdı

İngiltərənin “Arsenal” klubunun qış transfer pəncərəsi dövründə əsas hədəflərindən biri bəlli olub.

Corner.az xəbər verir ki, London təmsilçisi “Fiorentina”dan Duşan Vlahoviçi transfer etməyi planlaşdırır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 21 yaşlı hücumçunun komandaya cəlb edilməsində israrlıdır. O, hücum xəttindəki problemin Vlahoviçlə həll olunacağını düşünür.

“Arsenal” yaxın zamanda serbiyalı futbolçu üçün “Fiorentina”ya rəsmi təklif göndərəcəyi vurğulanıb.

Vlahoviç bu mövsüm A Seriyasında 20 oyunda 16 qol vurub.







Transfer