7 aprel 2026. Çərşənbə axşamı

Dünyanın ən yaşlı futbolçusu yeni müqavilə imzaladı


  • Transfer
  • 10:09 12.01.2022
  • Oxunma sayı: 168
Dünyanın ən yaşlı futbolçusu yeni müqavilə imzaladı

Yaponiyanın "Yokohama" komandasının hücumçusu Kasuyoşi Miura 2005-ci ildən formasını geyindiyi komandası ilə müqaviləni yeniləyib.

Corner.az xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.

54 yaşlı futbolçunu bir illik icarəyə götürüldüyü, dördüncü divizionda çıxış edən “Suzuka Poynt Qetters” klubunda çıxış edəcəyi vurğulanıb.

Miura 2020-ci ilin sentyabrında “Kavasaki Frontale” ilə oyuna girib və peşəkar futbol matçının ən yaşlı iştirakçısı olub. Miura beş onillikdə - 35 mövsümdə oynamış yeganə peşəkar futbolçudur.

Miura Alaqoas (1987), Paranaense (1989), Yaponiya Futbol Liqasının Birinci Divizionunun çempionu (1990/91, 1991/92) və digər turnirlərin çempionu olub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi