4 iyul 2026. Şənbə

Neftçi Pato ilə anlaşdı


  • Transfer
  • 10:10 12.01.2022
  • Oxunma sayı: 164
Neftçi Pato ilə anlaşdı

Braziliyanın "İnternasional" klubundan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.

Corner.az Porto Aleqre təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki,"Neftçi"  21 yaşlı hücumçu  ilə anlaşıb.

Braziliyalı futbolçunun müqaviləsinin detalları barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır